Sabiq nazirdən Paşinyana təhdid

"Sən Dağlıq Qarabağı indi oturduğun vəzifəni, yerini qorumağa çalışdığın qədər qorusaydın, müharibənin nəticəsi fərqli olardı. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq, Ermənistanın sabiq təhsil naziri, “Respublikaçı”lar partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində paylaşıb.

Partiya sədrinin müavini yazır ki, hakimiyyət öz mövqeyindən, vəzifəsindən möhkəm yapışdığı qədər torpaqlardan yapışsaydı müharibənin nəticəsi fərqli olardı. Qeyd edir ki, səlahiyyətlilər imtiyazlarını sevdiyi qədər dövləti, xalqı sevsəydi, müharibənin nəticəsi fərqli olardı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə