Paşinyan müharibə, Minsk qrupu və haqqında Çulu sudan quru çıxarmaq

Paşinyan müharibə, Minsk qrupu və haqqında Çulu sudan quru çıxarmaq

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 2018-ci ilin mayında ATƏT-in Minsk qrupunun həmsədrləri arasında belə bir konsesnsus var idi:rayonlar indi verilməlidir və bununla hər şey aydındır, ancaq Qarabağın statusu – çətin şeydir, yəni onu sonraya saxlayaq. İrəvan müharibədən əvvəl danışıqların məntiqini dəyişmək istəyirdi. SİA xəbər verir ki, erməni baş nazir “Facebook”dakı çıxışında belə deyib.

Onun sözlərinə görə, onlar Qarabağın statusunu ən azı hər hansı bir həllə yaxınlaşdırmaq istəyiblər: “Bu, müharibəyə gətirib-çıxardı. Biz bilirmiydik ki, müharibə olacaq? Əlbəttə. 2020-ci ilin iyulu da göstərdi ki, silahlı qüvvələr Azərbaycana qarşı müharibəyə hazırdırlar...”

Paşinyan hətta düşdüyü çətin bir vəziyyətdə belə, öz çirkin düşüncələrindən və şər-böhtanından əl çəkməyərək yenidən iddia edib ki, guya Bakı İrəvanla təkbaşına müharibə aparmayıb və s. Görünür, Paşinyan hələ də quyruğunu qapı arasından çıxara biləcəyinə ümid edir. Halbuki, artıq Ermənistanda daxili çəkişmələrə start verilib və hakimiyyəti ələ almaq uğrunda açıq, ya da gizli savaş başlayıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə