"Pis günün ömrü az olar!" - Türkiyə Müdafiə Nazirliyi

"Pis günün ömrü az olar!" - Türkiyə Müdafiə Nazirliyi

Azərbaycan Türkü qardaşlarımız bu atalar sözünü yaxşı bilir: "Pis günün ömrü az olar!". SİA xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi öz rəsmi twitter hesabında Azərbaycanın Qələbəsinə münasibət bildirərkən yazıb.

30 il əvvəl yaşanan acılar bu gün sona çatır. Qəhrəman Qardaşlarımız cəng meydanında gücünü göstərdi və mərd şəkildə zəfər qazandı.

Pis günlər geridə qaldı, gün zəfər günüdür, Mübarək olsun!

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə