“Ermənistanda hakimiyyətin olmadığı qənaətindəyəm” Edmon Marukyan
"Hakimiyyətin indi Ermənistanda mövcud olmadığı qənaətindəyəm". SİA xəbər verir ki, bu barədə müxalifətdəki "Parlaq Ermənistan" parlament fraksiyasının rəhbəri Edmon Marukyan özünün Facebook səhifəsində canlı yayımda bildirib.
“Ancaq anarxiya şəraitində mövcud vəziyyətdən çıxış yolu tapıla bilməz. İstənilən vacib qərarlar yalnız parlamentdə verilə bilər”, deyə Marukyan öz sosial səhifə hesabında paylaşıb.
O, nümayişçiləri millət vəkillərinin parlamentə girməsinə mane olmamağa çağırıb.
"İqtidardakı "Mənim addımım" fraksiyasının millət vəkillərini parlamentə gəlməyə və parlamentin növbədənkənar iclasını keçirməyə çağırıram", deyə Edmon Marukyan bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB