“Şüşanın azad olunması qürurverici, tarixi bir hadisədir” ÖZƏL-MÜNASİBƏT

“Şüşanın azad olunması qürurverici, tarixi bir hadisədir” ÖZƏL-MÜNASİBƏT

Şuşanın alınması əlbəttə ki, hər bir Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının, Türk dünyasının ürəyindəndir və Azərbaycanı sevən, ölkəmizin gələcəyinə inanan, Prezidentimiz Ali Baş Komandan Cənab İlham Əliyevin şücaətini, iradəsini, vətənə, xalqa məhəbbətini dəstəkləyən hər bir kəsin ürəyindəndir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu, tarixi bir hadisədir, qürur doğuran bir hadisədir və sözsüz ki, bu hadisənin qiymətini bugünkü Azərbaycan vətəndaşları ilə bərabər, gələcək nəsillər də yüksək qiymətləndirəcək.
“Şuşa, deyildiyi kimi, bizim başımızın tacıdır. Azərbaycanın, Şərqin mədəniyyət mərkəzi sayılır və Şuşa elə bir strateji məkan, ərazidir ki, həmin ərazini götürmək ermənilərin Xankəndinə, eləcə də başqa ərazilərə gedişini tamamilə təcrid etmək deməkdir. Ona görə də bu gün biz hər birimiz sevinirik ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev, bu gün xalqa müraciətində dediyi kimi, Ulu Öndərimizin tapşırılarını, vəsiyyətini qətiyyətlə, inamla, böyük məhəbbətlə yerinə yetirdi. O, öz atasının vəsiyyətlərinə əməl etməklə özünü şoşbəxt hesab edir, Azərbaycan xalqının etibarını qazanmaqla, xalqın qəlbində unudulmaz bir yer tutur və sözsüz ki, Azərbaycan xalqı bu tarixi günü heç vaxt unutmayacaq. Əlbəttə ki, Cənab Prezidentin qətiyyətli addımları, deyildiyi kimi, Azərbaycan xalqının inamını, onun vüqarını, onun qətiyyətini özünə qaytarması bu xalqı bütün dünyada bir daha tanıtdı, bu xalqı bir daha ucalara qaldırdı. Biz hər birimiz hörmətli Prezidentimizə minnətdarıq. Bizim hər birimiz igid əsgərlərimizə ürəkdən təşəkkürümüzü bildiririk. Hər birimiz bu torpaqların azadlığı uğrunda şəhid olan insanların qarşısında dönə-dönə baş əyirik, onların ruhuna dualar oxuyuruq. Biz həmin igidləri yetişdirən analara, atalara sağ ol deyirik, onlara sonsuz məhəbbətimizi bildiririk. Çünki, bu torpaqlar Ali Baş Komandanın rəhbətliyi ilə məhz həmin igidlərin şücaəti sayəsində işğaldan azad olunur. Bu torpaqlar bizim qətiyyətli Prezidentimizin tapşırıqları, dünyada qazandığı hörmət və ehtiram sayəsində düşməndən azad olunur. Cənab Prezident öz müraciətində bir daha xaqırlatdı və qeyd etdi ki, biz iqtisadiyyatımızı inkişaf etdirməsəydik, biz ordumuzu gücləndirməsəydik, biz beynəlxalq aləmdə hörmət qazanmasaydıq bugünkü qələbəni əldə etmək mümkün deyildi. Ona görə də uzun müddət biz bu məsələlər üzərində işlədik, biz dünyada sülhün, əminamanlığın tərəfdarı olduğumuz kimi, həm də öz gücümüzü topladıq, öz qüdrətimizi birləşdirdik. Azərbaycan xalqı bu döyüşlərdə həmrəy oldu, yümruq kimi birləşdi və biz düşmən üzərində qələbələrimizi təmin etdik. Sözsüz ki, Şuşanın işğaldan azad olunması bizim qalan digər qalan ərazilərimizin də tez bir zamanda azad olunmasına ümidlərimizi artırır və əlbəttə ki, bu bizi sevindirir. Var olsun şanlı ordumuz, var olsun Azərbaycan Prezidenti, Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır! Biz yeni-yeni qələbələr gözləyirik və yeni-yeni qələbələrə nail olacayıq.”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə