Prezident İlham Əliyev “Eurovision-2011”in qaliblərini qəbul edib

Prezident İlham Əliyev “Eurovision-2011”in qaliblərini qəbul edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul ediblər.

SİA-nın xəbərinə görə, dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsinin qaliblərini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə