\"Eurovision\" mahnı müsabiqəsində birinciliyi qazanıb sevinclə səhnəyə çıxan Azərbaycan təmsilçisi Nigar Camal Türkiyə xalqını həm sevindirib, həm də utandırıb.
SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, müsabiqədə qələbə qazandıqlarına inana bilməyən Nigar: "Bu yarışmadakı birinciliyi bütün dünyadakı türklərə hədiyyə edirik" deyərək türk xalqının könlünü qazanıb.
Ancaq bütün bunlara baxmayaraq türk xalqı sevinclə yanaşı, həm də utanc hissi yaşayıb. Belə ki, bu utanc hissinin səbəbi isə iki il əvvəl Bursa da təşkil edilən Türkiyə- Ermənistan futbol oyununa gələn tamaşaçıların gətirdiyi Azərbaycan bayraqlarının yığışdırılması, bununla da kifayətlənməyib stadionun girişində bayraqların zibil qutusuna atılması olub.
Türkiyə Azərbaycanın qələbəsinə sevinərkən, əlində Türk bayrağı ilə səhnədə sevinc göz yaşları tökən Nigar ilə qürurlanarkən, digər tərəfdən də Bursada baş verən hadisənin kədərini unutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB