Ermənilərin Azərbaycan-İsrail hərbi əməkdaşlığını pozmaq cəhdləri tam iflasa uğrayıb - AÇIQLAMA

Ermənilərin Azərbaycan-İsrail hərbi əməkdaşlığını pozmaq cəhdləri tam iflasa uğrayıb - AÇIQLAMA

"Müharibədən iki həftə əvvəl İsraildə böyük hay-küylə səfirlik açan Ermənistanın bir nömrəli məqsədi Azərbaycanla İsrailin hərbi əməkdaşlığını dayandırmaq, ya da heç olmasa səngitmək idi. Alınmadı, üstəlik Ermənistanın İranla da münasibətlərinə sərinlik düşdü". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, Paşinyan hətta İsrailin humanitar yardımı barədə suala çılğın şəkildə "bunun əvəzinə Azərbaycana silah satmağı dayandırsın" cavabını verib: "İsraildəki erməni patriarxı Baqdasaryan isə açıq etiraf edib ki, Dayandıra bilmədik. Bir az da gücləndi. İsrail aeroportunda Bakıdan gəlmiş növbəti hərbi təyyarə gözləyir Baş nazirin ofisi qarşısında aksiyamız da təsir etmədi".

A.Quliyev vurğulayıb ki, çarəsiz Baqdasaryanın son fikri də belədir: ""Dayandırmaq üçün İsraildən silahları özümüz almalıyıq". Baqdadasaryan "buna isə pulumuz yoxdur" kimi əlavəni etməsə də onun danışıq tonu hər şeyi göstərir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə