Serj Sarqsyanın ofisi: “Hovannisyan yalançı, spekulyant və ədəbsizdir” BƏYANAT

Serj Sarqsyanın ofisi: “Hovannisyan yalançı, spekulyant və ədəbsizdir” BƏYANAT

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın ofisi Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovannisyanı yalan danışmaqda və spekulyasiyada ittiham edib. SİA xəbər verir ki, ermənilərin “168 jam” nəşrinin yazdığına görə, Sarqsyanın ofisi Hovannisyanın iddiasından hiddətlənib. Məsələ ondadır ki, MN rəsmisi Ermənistanın son iki ildə əldə etdiyi innovativ texnoloji silahların sayının ötən 10 ildə əldə edilənlərdən çox olduğunu bildirib.

“Ermənistanın müdafiə idarəsinin nümayəndəsi Artsrun Hovannisyanın dedikləri özündə heç bir reallıqları əks etdirmir. Hovannisyan ya rəqəmləri tanımır, ya da həqiqəti bilərəkdən təhrif edir”.

Sabiq prezidentin ofisi həmçinin bildirib ki, ölkənin belə bir ağır dönəmində, hərbi vəziyyətin elan olunduğu bir zamanda bu barədə danışmaq ədəbsizlikdir, günahkar axtarışına çıxmaqdır.

“Hərbi vəziyyətdən sonra biz dəqiqliklə və arqumentlərimizlə bu və digər bənzər və əsassız, spekulyasiyalara söykənən mövzulara toxunacağıq”,Serj Sarqsyanın ofisi bəyan edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə