Ermənilər indi də özlərini xəyanətdə ittiham edirlər Ermənistan mətbuatı
Ermənistan vətəndaşı Azərbaycana casusluqda ittiham olunur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, işğalçı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) bu məsələnin təfərrüatlarını açıqlayıb.
Emənistanın Milli Təhlükəsizlik Xidmətinin açıqlamadasında bildirilir ki, Ermənistan vətəndaşı Türkiyədə işləyərkən Azərbaycan xüsusi xidmət orqanlarına işə qəbul olunub və onun cəsusluq fəaliyyəti aşkarlanıb. Xidmətin açıqlamasında o da qeyd olunur ki, başqa belə bir hal Qarabağdakı müharibənin ilk günlərində də təsbit edilib. Faktla əlaqədar olaraq, Ermənistan MTX tərəfindən cinayət işinin başladıldığı bildirilir.
Xatırladaq ki, 27 sentyabr tarixində Ermənistan tərəfinin təxribatlarına cavab olaraq, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əks hücumu, uğurlu əməliyyatları və işğal olunmuş ərazilərimizin işğaldan, işğalçılardan, terrorçulardan təmizlənməsi əməliyyatları fonunda düşmən tamamilə özünü itirib və məğlubiyyətini izah etməyə, buna don geyindirməyə, kimlərinsə üzərinə atmağa çalışır. Qeyd edək ki, işğalçı ölkədə bütün siyasi partiyalar bir-birindən, hamısı isə birlikdə Ermənistan hakimiyyətindən şübhələnir və Paşinyan hakimiyyəti xəyanətdə ittiham edirlər. Göründüyü kimi, ermənilər indi də özlərindən şübhələnirlər, özlərini xəyanətdə ittiham edirlər və xəyanətkar xislətdə olduqlarını bir növ bununla etiraf edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB