“Hər şeyi itirəcəyik” - Qondarma rejimin Ombudsmanı

“Hər şeyi itirəcəyik” - Qondarma rejimin Ombudsmanı

Qarabağı itirsək, bütün qurbanların boşa getdiyini, 1990-cı illərdən bəri yüzlərlə uşağın boş yerə yetim qaldığını düşünəcəyik. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ respublikasının Ombudsmanı öz Facebook səhifəsində videomüraciəti zamanı deyib.

Qondarma respublikanın İnsan Hüquqları Müdafiəçisi Artak Beqlaryan öz sosial şəbəkə hesabında canlı olaraq erməni xalqına kömək edənlərə, dəstək olanlara təşəkkür edib və bununla yanaşı bildirib ki, dəstək belə artıq yetərli deyil.

“Ancaq bu dəstək belə kifayət deyil. Məndən tez-tez beynəlxalq ictimaiyyətin nə düşündüyünü soruşurlar, niyə bizə kömək etmək istəmirlər, sualını verirlər. Dürüst cavab verirəm ki, gəlin yalnız özümüzə, əsgərlərimizə etibar edək, əks halda hər şeyi itirəcəyik. Gəlin yalnız öz gücümüzə güvənməyi düşünək, kiminsə gəlib evimizi qorumağımıza kömək edəcəyini düşünməyək”, deyə Artak Beqlaryan öz şəxsi sosial şəbəkə hesabında paylaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə