Google Qarabağın Azərbaycan olduğunu etiraf edib. SİA Rusiyaya məxsus vestikavkaza.ru saytının yayımladığı məlumata istinadən xəbər verir ki, Google xəritələrində Dağlıq Qarabağ Azərbaycan ərazisi olaraq qeyd olunub.
Məlumatda həmçinin qeyd olunur ki, Qarabağın Azərbaycana aid olduğunu Yandeks xəritəsi, eləcə də Facebook xəritəsi də təsdiqləyir.
Rusiyaya məxsus sözügedən saytda xatırladılır ki, Ermənistan tərəfi sentyabrın 27-də Azərbaycana qarşı hərbi əməliyyatları bərpa edib, Azərbaycan Ordusu isə əks-hücum əməliyyatına başlayıb və Azərbaycana məxsus olan, ermənilər tərəfindən işğal altında saxlanılan torpaqları bir-birinin ardınca işğaldan azad edir, terrorçuları, separatçıları həmin ərazilərdən qovur. Bildirilir ki, indiyə qədər Azərbaycan Ordusu işğal altında olan bir sıra rayonlar, kəndlər olmaqla 200-dən artıq yaşayış məntəqəsini işğaldan tamamilə azad edib. Diqqətə çatdırılır ki, buna cavab olaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları həyata keçirir, sərhəd yaşayış məntəqələrinə top atəşi edir və cəbhədən uzaq şəhərlərə orta mənzilli raketlər atır ki, bu da günahsız insanların, mülki əhalinin tələf olmasına, yaralanmasına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB