Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Brandenburq federal torpağına səfər edib və səfəri zamanı federal torpağın Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüşüb.
Azərbaycanın Almaniyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, səfir Həsənov və Landtaq prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.
Səfir Həsənov Brandenburq Landtaqının qonaq kitabına imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB