Zoqrab Mnatsakanyan: “KTMT ilə bağlı əlavə heç nə deyə bilmərəm”
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan parlamentdə jurnalsitlərlə söhbətində KTMT ətrafında verilən suallardan yayınmağa çalışıb. SİA xəbər verir ki, bu barədə Panorama.am saytı yazır. Belə ki, “Bu planda lazım olan bütün işlər aparılır, əlavə heç nə deyə bilmərəm”, deyən erməni XİN-nin rəhbəri bugünlərdə hökumət kabineti tərəfindən Rusiya Federasiyasının prezidentinə müraciət edildiyini də xatırladıb və bildirib ki, onlar Rusiyanın Ermənistana hərbi yardımı, eləcə də təhlükəsizliyinin təmin olunması ətrafında təcili əməkdaşlıq məsləhətləşmələrinə başlanılmasının vacibliyini qeyd ediblər.
“Bizim razılaşma münasibətlərimizə gəlincə deyə bilərəm ki, nə lazımdırsa, onu da edirik”, deyən Mnatsakanyan əlavə edib ki, 1997-ci ildəki baza razılaşmasında və başqa sənədlərdə tələb olunan məsələlər barədə danışılıb.
Ermənistanın KTMT-yə müraciətinin bilavasitə Azərbaycanın iqtisadi partnyorları sayılan Belarus və Qazaxıstan tərəfindən maneələrin yaradılması mümkünlüyü ilə bağlı verilən sualı da cavablandıran erməni diplomatı bildirib ki, bu sual dərin analiz və ayrıca olaraq uzun müddətli müzakirələrin predmetidir.
Xatırladaq ki, Ermənistan əlində olan bütün imkanlardan istifadə edərək, KTMT-nin münaqişəyə cəlb olunmasına çalışırdı. Lakin bu cəhdlərin boşa çıxmasını sübut edən daha bir amil Rusiya prezidenti Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun və prezidentin köməkçisi Dmitri Peskovun bəyanatlarıdır. Belə ki, Rusiya tərəfi Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparıldığını bir neçə dəfə bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB