Ermənistandan ataları cəbhəyə getməyən uşaqlarla bağlı - ŞOK QƏRAR
Tanınmış hüquqşünas Robert Ayrapetyanın Ermənistanın "Hraparak" qəzetinin səhifələrində bildirdiyi kimi, Ermənistan hakimiyyəti hazırda Azərbaycanla müharibəyə mümkün qədər çox vətəndaş göndərmək üçün əhaliyə ən sərt təzyiq metodlarını tətbiq edirlər.
Ayrapetyan, ailənin atalarının cəbhəyə könüllü getməsi barədə bir arayış təqdim edə bilməməsi halında doğum evlərində uşaqlara doğum sertifikatlarının verilmədiyini söyləyib.
"Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif vəziyyətdə olan xalqımıza ikiüzlülükdən başqa bir şey göstərmirsiniz. Uşaq doğulduqdan bir gün sonra verilməli olan doğum haqqında şəhadətnaməni nə haqla atasının cəbhəyə könüllü getdiyini təsdiqləyən sənəd olmadan verilməyəcəyini elan edə bilirsiniz?"- deyə vəkil səlahiyyətlilərə müraciət edib.
Robert Ayrapetyan bu yolla Baş nazir Nikol Paşinyan və komandasının erməni uşaqlarını və analarını girov götürdüklərini və göründüyü kimi danışıqlar masasına onlarla oturmaq istədiklərini vurğulayıb.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB