"Bizə heç kim və heç nə mane olmur!" ÖZƏL-MÜNASİBƏT

"Bizə heç kim və heç nə mane olmur!" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın Azərbaycanın şəhərlərini raket atəşinə tutmasından sonra müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri, səfirlər, hərbi attaşelər hadisə yerinə aparılır və erməni vəhşiliyi ilə tanış edilir. Xarici ölkələrin təmsilçiləri mülki insanların hədəf götürülməsi səhnəsiylə yerindəcə tanış olurlar. Bu hal Ermənistanı ciddi narahat edir". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Çünki, diplomatlar və hərbi attaşelər döyüş bölgələrinə aid olmayan Gəncənin, Mingəçevirin, Bərdənin vurulması barədə hesabatlar hazırlayır və öz ölkələrinə göndərirlər. İrəvan “vəziyyətdən” çıxış yolu kimi Ermənistanın və Dağlıq Qarabağın “ombudsmanları” adından birgə müraciət hazırlayıb. Müraciət İrəvandakı diplomatik korpus nümayəndələrinə ünvanlanıb ki, onlar da Dağlıq Qarabağa gəlib, “dağıntılarla” tanış olsunlar. Birincisi, özünə hörmət edən heç bir diplomat Ermənistanın xaricində Azərbaycana aid torpaqlara qanunsuz gəlməz. İkincisi, bu beynəlxalq hüquqa zidd olduğu kimi həmin diplomatların həyatı üçün təhlükəlidir. Bizə heç kim və heç nə mane olmur!"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə