Ermənistanın hücumları qarşısında dayanan Azərbaycana dəstək vermək üçün Bakıdayıq. SİA-nın məlumatına görə, bunu Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı bunu Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasənda deyib.
O bildirib ki, Ermənistan saldırılarına qarşı qəhrəmanlıqla mübrizə aparan Azərbaycan ordusuna qələbə arzu edirəm: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa, Azərbaycan xalqına qələbə arzulayıram.
Ermənistanın Azərbaycanda mülki insanlara hücumlarını şiddətlə qınayram. Azərbaycan ordusunun qazandığı uğurlar bütün Türk dünyasını qürurlandırır. Biz Azərbaycanla əlaqələrə “bir millət iki dövlət” anlayışı ilə baxırıq. Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxcağına əmininik. Hər zaman sizin yanınzdayıq, Qarabağ Azərbaycandır!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB