ASALA və Daşnaksyutun rəsmisi İrəvanda GÜLLƏLƏNDİ!

ASALA və Daşnaksyutun rəsmisi İrəvanda GÜLLƏLƏNDİ!

Bu gün səhər saatlarında İrəvanda ermənilərin ASALA terror təşkilatının təmsilçisi, Daşnaksyutun erməni inqilabi federasiyasının funksioneri Parkev Şmavonyanın güllələnməsi barədə məlumat yayılıb. SİA-nın ermənilərin telegram kanallarından əldə etdiyi xəbərinə görə, hadisə Mher Mkrtçyan küçəsində - Tiqran Mets prospekti ilə kəsişmədə baş verib.

38 yaşlı Şmavonyan Beyrutda daşnaklara Jmayel və Şamun partiyaları arasındakı əlaqələrin koordinatoru idi. O, Livanda ermənilərin kompakt yaşadıqları Burc-Hamut məhəlləsindəki "La bamba" butikinin sahibi, əsl daşnak kimi tanınan Koryun Şmayonanın kiçik oğludur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə