"27-ildən sonra Ermənistan məğlub tərəf kimi danışıqlara qoşulur" ÖZƏL-MÜNASİBƏT

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Cenevrədə keçirilən danışıqlar ciddi bir siyasi format deyil. Danışıqlarda müzakirəyə çıxarılan məsələlər yalnız atəşkəsin əldə edilməsi, Azərbaycanın Şuşa, Hadrut, Xocavənddən ordusunu geri çəkməklə "5+2" variantını qəbul etdirmək müstəvisini özündə ehtiva edir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Minsk qrupu əvvəlki format çərçivəsində, yeni "Baza prinsipləri" ilə, həmçinin erməni qoşunların çıxarılması barədə cədvəli qəbul etməklə, atəşkəsə nail olmaq istəyir. Bu, o demək deyil ki, Ermənistan qoşunlarını çıxaracaq:" Cenevrə danışıqları və həmsədrlər artıq prosesə təsir edə bilməyəcəklər. Çünki burada yalnız təzyiq Azərbaycanadır. Burada Ermənistan da Qarabağın statusunda qərarlıdır. Ona görə də Azərbaycan üçün bu danışıqlar "görüş xatirinə görüş" kimi xarakterizə edilməlidir. Minsk qrupu Azərbaycan xalqı üçün legitim deyil və bu format Azərbaycan üçün öz missiyasını itirib. Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə atəskəs onda ola bilər ki, Nikol Paşinyan qoşunlarını Azərbaycan ərazisindən çıxarılmasını bəyan etməklə, Prezident İlham Əliyevlə birbaşa görüşüb, müzakirə aparmağa hazır olduğunu diplomatik yollarla deməlidir. Ermənistan burada da maraqlı deyil. Hətta könüllü dəstələr yaradıb Qarabağa göndərilir. Belə olan təqdirdə, hansı müzakirə və atəşkəsdən sohbət gedə bilər?!

Prezident İlham Əliyevdə bu kimi danışqlarda maraqlı olmadığını və bu danışıqların ədalətli sülhə və atəskəsə xidmət etmədiyini qeyd edib. Ermənistan XiN rəhbəri Zoqrab Mnatsakanyanı göndərməklə Minsk qrupunun Azərbaycana təsir edəcəyinə düşünürək Cenevrəyə ümidlə gəlirlər. 27 ildən sonra Ermənistan məğlub tərəf kimi danışıqlara qoşulur və hələ ki, özlərini 90-ci illərin eyforiyasında hiss edib, geri çəkilmirlər. Anlamırlar ki, Azərbaycan ordusu Şuşanı mühasirəyə alıb. Millət olaraq Azərbaycanın qalib olmasını həzm edə bilməyərək, ciddi şəkildə sarsılıblar. Bu danışıqlar müharibənin gedişinə müsbət təsir etməyəcək daha da kəskinləşdirəcək. Humanitar atəskəs və bu kimi məsələlər Azərbaycanı hazırkı mövqeyindən gəri çəkməyəcək. Nəticədə, Azərbaycan ərazilərini azad edəcək. Şuşada Azərbaycan bayrağı dalğalanmaqla, bu, Ermənistan siyasi cəbhəsində böhrana, xalqın hakimiyyətə qarşı etimadsızlığına gətirəcək. Cenevrə danışıqlarından sonra, Rusiya və Türkiyə arasında intensiv müzakirələr gedəcək. Hazırkı situasiyada Qarabağ məsələsində ortaq həll variantları yoxdur və siyasi həll mümkün görünmür. Ona görə də Minsk qrupunun bu danışıqları səmərəsizdi. Çünki Ermənistan tərəfi Qarabağın statusunda geri addım atmır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...