Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah yoxdur - MN

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildiriblər.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - deyə Nazirliyin məlumatında qeyd bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə