"Dünya birliyi artıq erməni vəhşiliyinə “dur” deməlidir"" ÖZƏL-MÜNASİBƏT

"Çox təəssüflər olsun ki, erməni vandallarının çinayətlərinə dünya icimaiyyəti, beynəlxalq təşkilatlar hələ də göz yumur. Hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi insanlıq dramı, müharibə cinayətləri vəhşilik, barbarlıq və terror aktları davam edir". Bunu SİA-ya millət vəkili Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, uşaq məsumluğu qarşısında insan olduqlarını unudan işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri döyüş və diplomatiya meydanında ard-arda aldıqları sarsıdıcı zərbədən başlarını itirərək hərbi əməliyyatlarda 12-13 yaşlı uşaqlardan əsgər kimi istifadə etməyə başlayıblar: "Məğlubiyyətə uğradıqca azğınlaşan düşmən hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və "Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır" deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini, BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını ciddi şəkildə pozur.

Beynəlxalq təşkilatlar yenə də 12-13 yaşlı uşaqlardan döyüşçü kimi istifadə edərək, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edən Ermənistanın əməllərinə səssiz qalır. Dünya birliyi artıq hərəkətə keçməli, beynəlxalq hüquq normalarını pozan Ermənistan hökümətinin cinayətkar əməllərinə hüquqi qiymət verilməli, onları məsuliyətə cəlb etməli, erməni vəhşiliyinə "dur" deməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə