“Ermənistana inanmaq olmaz” ÖZƏL-MÜNASİBƏT

“İdarə olunmayan, illərlə təcavüzkarlıq siyasəti yeridən və azərbaycanlıların qanını içən, soyqrımlar törədən Ermənistanın sülh, atəşkəs çağırışlarına inanmaq olmaz. Çünki onlar həmişə atəşkəs rejimindən öz çirkin məqsədləri, yenidən güc toplamaq üçün istifadə ediblər. Zor işlətmədən, düşməni yerinə oturtmadan, torpaqlarımızdan zor gücünə çıxarmadan sülhə, danışıqlara nail olmaq çətindir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Sityasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bunu son 30 ilin təcrübəsi və müharibə apardığımız bir ay müddətində tədbiq olunan atəşkəs rejimi bir daha sübut edir: “Bu illər ərzində Ermənistan sülhdən, danışıqlardan söz açanda, ancaq dediklərinin əksinə getdi. Nəinki danışıqlara, beynəlxalq normalara, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması barədə qərar və qətnamələrə əməl etdi, əksinə dəfələrlə atəşkəsi pozdu, dinc əhalimizi qətlə yetirdi, mülki obyektlərə ciddi ziyan vurdu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev Ermənistanın hərbi - siyasi rəhbərliyinin çirkin əməlləri haqqında bütün dünyaya səsini ucaltsa da, çox təəssüflər olsun ki, erməni təcavüzkarları bu müraciətə heç bir əhəmiyyət vermədilər. İşğal olunmuş ərazilərə yeni qüvvələr, terrorçular topladılar, silahlanmağa, muzdulardan ibarət ordu yaratmağa başladılar və sərhədlərimizə hücum etdilər.

Azərbaycan ordusunun əks hücumu ermənilər üçün gözlənilməz və sarsıdıcı oldu. Az bir müddətdə təcavüzkarlar geri oturuldu və düşmən ağır zərbə aldı. Bu gündə ordumuz öz müzəffər yürüşünü davam etdirir və torpaqlarımızı azad edir. Ermənistanın baş naziri Paşinyan indi hamıya yalvarır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə