Ermənilər addım-addım izlənirlər KAMERA QORXUSU

“Son vaxtlar azərbaycanlıların “Youtube” qrupları Ermənistanda quraşdırılmış videokameraların çəkdiklərini dərc edir. Yəni onlar evlərdə, mağazalarda və başqa yerlərdə quraşdırılmış videokameraları özləri üçün əlçatan ediblər. Belə ki, kameralar şəbəkələrə qoşulublar və lazım olan dərəcədə qorunmurlar”. SİA xəbər verir ki, bu barədə ermənilərin 7or.am saytı yazır.

Erməni xəbər agentliyi yazır ki, müvafiq kameralardan istifadə edənlər təhlükəsizlik tələblərini bilməlidirlər və əgər mütəxəssislər də kənardan izlənmələrin qarşısını ala bilmirsə, kameralar söndürülməli, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına xəbər verilməlidir.

Xatırladaq ki, Azərbaycan hakerləri Ermənistan ərazisində fəaliyyət göstərən şirkət və firmaların, mağazaların, hətta dövlət strukturlarının fəaliyyətdə olan kameralarında dövlət himnimiz səsləndirilib. Beləliklə, azərbaycanlılar düşməni nəinki cəbhədə, eləcə də evlərinin içində, şəxsi həyatlarında belə izləmək gücünə malikdirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...