Erməni ordusunda təlaş: smartfonlar yığılır FOTO

İşğalçı Ermənistan ordusunun Qarabağ cəbhəsində aldığı ağır və sarsıdıcı məğlubiyyətləri, habelə təchizat sarıdan ciddi korluq çəkmələri, komandirlərin əsgərlərə etinasız münasibətləri, hərbçilərin mövqelərini qoyub-qaçmaları sosial şəbəkə seqmentlərində sürətlə yayıldıqdan sonra düşmən ölkənin hərbi-siyasi dairələri kəskin qorxuya düşüblər. SİA xəbər verir ki, bu barədə yazan "Sputnik Armeniya"ya görə, artıq erməni hərbi polisi həmi məsələ ətrafında araşdırmalara başlayıb.

Xatırladaq ki, işğalçı rejimin ordusundakı vəziyyət dözülməz dərəcədədir və demək olar ki, hər gün erməni seqmentlərində bənzər videolar yayılır. Əbəs deyil ki, Ermənistanın müdafiə nazirliyi ötən gündən başlayaraq, hərbçilərdən smartfonların yığılması əmrini verib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə