Simasızların yalançı sifətlərindəki növbəti dəyişkənlik TƏHLİL
Arayik Arutyunyan bu bir ayda yaman dəyişdi. Hətta o qədər dəyişdi ki, özünə əminlik hissini göstərmək niyyətli hər zamankı həyasızcasına qımışan sifəti, əgər buna sifət demək olarsa, birdən-birə dəyişib qəm dəryasına batdı. Müzakirə mövzusu qondarma rejimin əldəqayırma rəhbərinin sir-sifəti deyil, amma o sir-sifətdəki dəyişkənlik məsələyə birbaşa dəlalət edən məqamlardır.
Adətən müharibə məsələləri ilə əlaqədar hərbi ekspertlərlə yanaşı, hərbi psixoloqlar da bəzi məqamlarda öz sözünü deyir, döyüş meydanında olan vəziyyəti məhz hərbçilərin, onların komandanlarının əhval-ruhiyyələri, sifətlərindəki yorğunluq, düşkünlük, qorxu, ruhi sarsıntı, yaxud, əksinə, ruh yüksəkliyi, mübarizlik, optimist əhval ruhiyyə kimi hisslərlə təhlil edirlər. Şanlı Azərbaycan Ordusunda ruh yüksəkliyinin, mübarizliyin, optimist əhval-ruhiyyənin fonunda, bu gün Ermənistan tərəfində, elə başda Paşinyan özü olmaqla, Arutyunyanın özündə də, onun zorla cəbhə xəttinə sürüklədiyi əsgərlərinin sifətlərində sadalanan yorğunluq, düşkünlük, qorxu, ruhi sarsıntı hissləri açıq-aşkar görünür.
Ermənistan tərəfinin təxribatlarına cavab olaraq başlayan döyüşlərin ilk günlərindən Nikol Paşinyanın olmayan sifətindəki qorxu və təlaşı hamı gördü. Onun telefonların dəstəyini iki əllə tutması, dalbadal dünya liderlərinə zəng vurmaq üçün əldən-ayaqdan getməsi, baş tutan danışıq əsnasında isə yalvarışları da kifayət qədər yayıldı və artıq bütün dünya ictimaiyyətinə bəllidir ki, erməni baş nazirinin qorxudan yuxuları ərşə çəkilib və bu da onun “əhval-ruhiyyəsinə” əməlli-başlı mənfi təsir edib, üzündə də necə deyərlər, inikas edir.
Maraqlıdır, bəs Arutyunyanın niyə birdən-birə o yalançı gülüşlərlə komuflyaj edilən sifəti böğuldu və tutuldu? Komuflyajı cırıldı, yoxsa imicini dəyişmək üçün ikinci sifətini indi də istifadə etmək qərarına gəldi? Amma bu qondarma rejim rəhbəri Rusiya prezidenti Vladimir Putinə yalvarış dolu müraciət ünvanladısa, deməli, məsələ onun üçün heç də “təlxəklik” etmək, obraza girmək qədər asan deyil. Deməli, Araik artıq öz vəziyyətinin də, qurduqları qondarma rejimin, Dağlıq Qarabağda və eləcə də Ermənistanda olan işğalçıların vəziyyətinin də acınacaqlı olduğunu gizlədə bilmir və bu da onun məhz üzündə öz əksini tapır.
Görəsən nə dəyişdi? Cəmi bircə ay bundan əvvəl ültimatum dili ilə danışanların dilləri niyə indi yalvarçı oldu axı? Araikin qurulma olaraq, bayağı şəkildə and içdiyi qondarma dövlətinin “müdafiə qüdrəti” barədə pafosları hara getdi və niyə bu pafos, bu papulizm yalvarışa, imdad çağırışları ilə dolu iniltiyə çevrildi? Yoxsa, ermənilərin qabaqda gedən zəncirlilərinin bütün bu ağız dolusu şişirtmələri elə cəmi bircə ayın açərisində Azərbaycan Ordusunun tapdağı altında qalıb yoxa çıxdı? Bəli, cəmi bircə ayın içərisində Araikin qızarmış o qımışan sifəti ona görə kədərlə, hüznlə doldu ki, igid əsgərlərimiz elə ilk gündən onun özünün də şişirdilməsində iştirak etdiyi erməni ordusu mifini darmadağın etdi.
Ermənilərin mifləşdirdikləri dırnaqarası bu “qüdrətli ordu” mövqelərini qoyub qaçdıqca, ümumiyyətlə döyüşlərdən imtina etdikcə, imtina etməyənlərin də hamısı arxa cəbhədə qalmaqda israrlı olduqca, Araik vəziyyətin onlar üçün çox acınacaqlı olduğunu bu vaxta qədərki şəkildə gizlədə bilmədi. Çünki, artıq kürkünə birə düşməyə başladı. Nə qədər özünü toparladısa da üz-gözü qap-qara qaraldı və qaralmıs üzü ilə üz tutdu Rusiya prezidentinə və yalvarmağa başladı ki, onları bu vəziyyətdən çıxarsın, məhv olmalarının qarşısını alsın. Rusiya prezidenti isə artıq dəfələrlə bəyan edib ki, Azərbaycan haqq işi uğrunda mübarizədədir və 30 ildən yuxarı müddətdə, eləcə də əbədi olaraq torpaqlarımız işğalda qala bilməz. Yəni, bütün bunların fonunda bu başdanxarab əldəqayırma prezident yenə də Rusiya prezidentinə onları xilas etməsi üçün yalvarışla dolu sətrlərlə müraciət edirsə, deməli, onun da, qocalar, uşaqlar, qadınlar olmaqla güclə topladığı “ordusu” da artıq “sınıb”, daha doğrusu, Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən sındırılıb.
Qondarma rejim prezidentinin məktubunun dərc edilməsindən dərhal sonra Ermənistan ictimaiyyətində də bir rezonans özünü çox gözlətmədi. Artıq ermənilərdə bir xoşagəlməz hiss yaratdı onun müraciəti. Bu müraciətin qonşu ölkələrdə, beynəlxalq ictimaiyyətdə, məxsusi olaraq Azərbaycan cəmiyyətində təhlil edilməsi erməniləri daha çox qıcıq doğurdu. Belə bir qıcıq doğurması da əlbəttə ki, başadüşüləndir. Çünki, ermənilər gördülər ki, Azərbaycan Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev hər zamankı kimi yenə də öz qətiyyətli mövqeyindədir və siyasi iradəsi ilə vətəndaşlarının inamını, ruh yüksəkliyini daha da artırması fonunda işğalçı ölkə rəhbərliyi günü-gündən daha rəzil duruma düşür, ültimativ nitqi daha çox yalvarışlarla əvəzlənir.
İndi Ermənistan mediası etiraf edir ki, vaxt gələcək Paşinyanın, Arutyunyanın timsalında bugünkü aktyorların hər biri öz laqeydliyi səbəbi ilə minlərlə erməni əsilli övladların qanının tökülməsində iştirak etdiyinə görə cavab verəcək. Vaxt gələcək Arutyunyanın vətəndaşlarını yalançı gülüşlərlə aldadaraq döyüşə göndərməsinə, öz vəzifəsini qorumaq üçün son nəfərin belə ölümünə razılaşmasına görə cavab hamı şahidi olacaq. Eləcə də Qarabağ torpaqlarında ikinci bir əldəqayırma erməni dövlətinin məhz Azərbaycan ərazisində yaradılması taktikasını reallaşdıraraq öz hakimiyyətini möhkəmləndirmək niyyətinə görə Paşinyanın minlərlə ermənini qırğına verməsinə görə də mühakimə olunacağı, ələlxüsus erməni cəmiyyətinin özü tərəfindən sorğulanacağı vaxt da gələcək. Bu vaxt artıq çox yaxındadır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün torpaqlarımızı işğaldan azad edib geri götürdüyü gün yalançı gülüşlərlə xalqı aldadaın bu aktyorların mühakimə günü başlayacaq ki, buna çox az qalıb.
Onsuz da nə qədər aldadılsa da erməni cəmiyyəti başa düşür ki, ölkə prezidenti, onun ardınca da qondarma rejim rəhbəri dəfələrlə kömək üçün Rusiya prezidentinə müraciət edirsə, bu əbəs yerə deyil. Başa düşürlər ki, onların yalvarışla müraciət etməsi məcburiyyətdəndir. Bəs görəsən, bu məcbiruyyət nədəndir? Əlbəttə ki, məğlubiyyətdən və bunu onların çoxdan görüb, başa düşüb, anlamalarından. Elə isə niyə sona qədər bu “başbilənlər” bu məğlubiyyəti bilə-bilə, görə-görə hələ də razılaşmalardan imtina edir və vətəndaşlarını qırğına verirlər? Məhz bu suallar Paşinyana da, Arutyunyana da ən yaxında veriləcəyi zaman onların sifətindəki qəm-qüssəyə çevrilən yalançı gülüşün daha hansı formada təzahür edəcəyi maraq doğurur.
Qorxu, qorxaqlıq, gücsüzlük, acizlik, rəzillik kimi ifadələri bu vaxtadək kimlərə isə arxalanaraq özlərini məğrur, güclü, qorxmaz kimi göstərənlərin olmayan sifətində görmək daha maraqlı olacaq. Simasızların yalançı sifətlərindəki növbəti dəyişkənlik bütöv, tam qələbəmizi qeyd etdiyimiz gün daha aydın görünəcək. Guya fateh olan ata-babalarının yolunun davamçıları kimi özlərini təqdim edənlərin tam məğlubiyyətlərinin şahidi olmaq, ayaqlar altındakı yalvarışlarını görmək, əslində bunların bir soysuz olmalarını təsdiq edən görüntüləri ən yaxında seyr etmək ümidi ilə şanlı Azərbaycan Ordusuna eşq olsun deyirik. Deyirik ki, qələbə bizimdir, Qarabağ Azərbaycandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB