"Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq" Rus icmasının rəhbəri

"Azərbaycanın bütün beynəlmiləl xalqı birləşib və qələbə qazanacaq". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçu Dmitri Solntsevlə vida mərasimi zamanı deyib.

O, bütün həlak olanlarla bağlı kədərləndiyini və bütün Azərbaycan xalqına başsağlığını ifadə edib:

“Amma mən əminəm ki, bütün qurbanlar əbəs deyil. Onlar öz canını Azərbaycan xalqı, o cümlədən azərbaycanlılar, ruslar, ləzgilər, gürcülər, yəhudilər, ukraynalılar naminə qurban verib”.

M.Zabelin vurğulayıb ki, bu, Vətən müharibəsidir və əmin olduğunu bildirib ki, qələbə Azərbaycanın olacaq və bütün torpaqlar işğaldan azad ediləcək:

“Azərbaycan və Qarabağ ayrılmazdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə