Rusiya XİN-nin rəhbəri Sergey Lavrov “xarici oyunçuları” Qarabağ münaqişəsindəki tərəflərin emosiyalarını mühakimə etməyə və situasiyanın sülh yolu ilə həllində iştiraka çağırıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşri yazır.

“Biz bütün xarici oyunçuları hərbi ssenarinin gələcək eskalasiyasının qarşısını almaqdan ötrü tərəflərin emosiyalarını mühakimə etməyə və sülh prosesinin bərpasına çağırırıq”, rusiyalı nazir Afina və Makedoniyaya məxsus xəbər agentliklərinə müsahibəsində bildirib.

Qeyd olunur ki, Moskva Türkiyəni regionda atəşkəsin əldə olunması üçün əlində olan bütün vasitələrdən istifadə etməyə çağırıb. Lavrov bəyan edib ki, həmkarı Mövlud Çavuşoğlu ilə atıq bir neçə dəfə Qarabağdakı vəziyyəti müzakirə edib.

Lavrov qeyd edib ki, Rusiya münaqişənin həllinin hərbi yolla həllinə qarşıdır və Ermənistanla Azərbaycan özünə qardaş ölkələr hesab edir. Rusiyanın xarici diplomatiya idarəsinin rəhbəri xatırladıb ki, münaqişənin siyasi yolla həlli istiqamətində birmənalı olaraq Rusiyanın, ABŞ-ın və Fransanın liderləri, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış ediblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...