Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?" İRONİK SUAL

"Putinin Valday klubundakı çıxışı Azərbaycanda alqışlandı və Ermənistana, eləcə də Ermənistanın Rusiyadakı çoxsaylı və hörmətli dostlarına soyuq duş təsiri bağışladı". SİA xəbər verir ki, Rusiyanın tanınmış siyasi şərhçisi, beynəlxalq eksperti Sergey Markovun fikirlərini news-front.info informasiya agentliyi yazıb. "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?", sərlövhəli şərhində Markov bir neçə məqamları sıralayıb.

1.Putin aydın və birmənalı şəkildə Ermənistanın Dağlıq Qarabağda Azərbaycanla apardığı müharibəsinə hərbi dəstək göstərməsi imkanını rədd etdi.

2. Putin aydın şəkildə bəyan etdi ki, Rusiya Ermənistanın tərəfində deyil və Rusiyanın Azərbaycanla münasibəti Ermənistanla olduğu kimi, uzunmüddətli dostluğa və qardaşlığa hesablanıb.

3. Putin aydın şəkildə vurğuladı ki, Azərbaycan Ermənistandan öz ərazilərini geri alacaq və bu, məntiqlidir. Eyni zamanda, Azərbaycanın ərazilərinin bir hissəsinin uzun müddət işğalda qalması mümkün ola bilməzdi.

4. Putin son həftələr Rusiya KİV-lərində guya Türkiyənin Rusiyaya düşmən olması barədə Türkiyəyə qarşı fikir yürüdənlərə sərt cavab verdi. Putin qeyd etdi ki, Türkiyə Rusiyanın düşməni deyil, dostudur, Cənubi Qafqaz da daxil olmaqla bəzi fikir ayrılıqları ola bilər. Və Putin açıq dedi ki, Ərdoğanla işləmək onun üçün komfortludur. Çünki bəzi Avropa liderlərindən fərqli olaraq o öz vədini yerinə yetirir.

5. Belə görünür ki, Putin Rusiyanın dövlətə bağlı KİV-lərinə tövsiyə etdi ki, anti-Türkiyə isterikalarına son qoysunlar.

"Bəs Paşinyan və onun Rusiyadakı dostları daha nə istəyirdilər? Paşinyan onsuz da NATO-dan kömək istəyib və bununla yanaşı, Putinin də onun ölkəsini dəstəkləməsini istəyirdi?", deyə Sergey Markov ironik sual ünvanlayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...