Qondarma rejim rəhbəri Araik Arutyunyan kömək üçün yalvardı

Qondarma rejim rəhbəri Araik Arutyunyan kömək üçün yalvardı

Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması üçün əlinizdən gələni etməyinizi xahiş edirəm. SİA Ermənistana məxsus aysor.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ respublikasının əldəqayırma rəhbəri Arayik Arutyunyan Vladimir Putinə müraciətində yazıb və bunu öz Facebook səhifəsində paylaşıb.

Məlumatda qeyd olunur ki, Araik Arutyunyan öz müraciətində əvvəlcə xalqlar arasında dostluq barədə fikirlər səsləndirib. Qondarma rejim rəhbəri Sovetlər dövründə Dağlıq Qarabağda yaşayan ermənilərin guya bu ölkə üçün fədakarlıq etdiklərini öz müraciətində xatırlatmaqla Rusiya prezidentinin qərarlarına təsir etməyə çalışıb. Hətta Rusiya prezidentinə məhz bu vaxta qədər onlara çox köməkliklər göstərdiyini də bildirərək yaltaqlıq etməkdən də çəkinməyib Araik Arutyunyan öz müraciətində.

Sonda qondarma rejim rəhbəri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinə əlindən gələni etməsini yalvararaq xahiş edib.

“Dünyada və bölgəmizdə böyük şəxsi nüfuza sahib bir şəxs və lidersiniz. Sizdən xahiş edirəm ki, Azərbaycan-Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırmaq və siyasi prosesləri bərpa etmək üçün mümkün olan hər şeyi edin ”, deyə qondarma Daqğlıq Qarabağ respublikası prezidenti Facebook səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə