Ermənistanda hər kəs ümidini itirib Kommersant.ru

“Azərbaycan qoşunları hücumlarını davam etdirir və Laçın dəhlizini bağlamaqla bundan sonra tanınmamış, qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndinin ələ keçirilməsi zaman məsələsi olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan indiki mərhələdə məsələnin "diplomatik həll yolunun olmadığını" deyərək həmvətənlərini könüllülərə qoşulmağa çağırdı. Ancaq diplomatlar hələ də ümidlərini itirmirlər.” SİA xəbər verir ki, bu barədə kommersant.ru işıqlandlrdığı məqalədə qeyd edir.

Nəşr qeyd edir ki, Azərbaycan qoşunları Dağlıq Qarabağa irəliləməkdə davam edirlər.

“Çərşənbə axşamı Azərbaycan Prezidenti daha 22 yaşayış məntəqəsinin Azərbaycan ordusunun nəzarətinə keçdiyini açıqladı. Bir gün əvvəl də bu ölkənin başçısı Zəngilan şəhərinin ələ keçirildiyini elan edib. Kommersant müxbiri həm qonaqların, həm də Cənab Əliyevin xalqa televiziya müraciətini dinləyən Bakı kafelərindən birinin ofisiantlarının necə ayağa qalxdığını və alqışlamağa başladıqlarının şahidi olub.
Dağlıq Qarabağdakı münaqişə barədə bilməli olduğunuz məsələlər var.

Zəngilan bölgəsi birbaşa Ermənistanın dövlət sərhədinə gedir və Azərbaycan qoşunlarının oraya çatmasına cəmi 10 km qalır. Lakin onların daha vacib hədəfi Qarabağı Ermənistanla birləşdirən iki əsas yoldan biri olan Laçın Dəhlizidir. Dəhliz üzərində nəzarət praktik olaraq Şuşanın, sonra isə tanınmamış bu qondarma respublikanın paytaxtı olan Xankındinin tutulmasını təmin edir. Azərbaycan qoşunları artıq Laçına doğru irəliləməyə başlayıb”, deyə sözügedən mətbuat səhifəsində qeyd edilib.

Həmin mətbuat səhifəsində bildirilir ki, bu irəliləyişə, hadisələrin bu şəkildə inkişafına cavab olaraq, Ermənistan baş naziri Nikol Paşinyan hər bir şəhərin ayrılıqda rəhbərliyi tərəfindən qurulacaq könüllülər qruplarının yaradıldığını elan edib.

“Nə olmasından asılı olmayaraq, mübarizə aparmalıyıq”, deyə Paşinyanın öz Facebook səhifəsində canlı yayımda bildirdiyi həmin media orqanında qeyd olunub.

Bu mətbuat səhifəsi erməni politoloq Hrant Mikaelyanın “Kommersant” a verdiyi müsahibəsindən də sitat gətirir və bu zaman onun dediyi kimi, İrəvanın diplomatik səyləri və beynəlxalq vasitəçilərin atəşkəs çağırışlarının təsirli olacağı ehtimalının olmadığını da bildirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə