"Sizin bu gün apardığınız mübarizə haqq mübarizəsidir" Türkiyənin Baş Ombudsmanı

"Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir". SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyevin qəbulunda olarkən Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu deyib.

Şərəf Malkoçu bildirib: "Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə