"Azərbaycan tarix yazmaqdadır. Bu gün xalqımız tarixi dövründə ən əlamətdar günlərini yaşayır. Sentyabrın 27-də hərbi əməliyyatların başlamasından sonra ordumuzun Cəbrayıl, Füzuli, Suqovuşan, Murov, Zəngilan və bir sıra digər yaşayış məntəqələrini işğaldan azad etməsi tarix dərsliklərində və kitablarında qızıl hərflərlə yazılacaq mühüm hadisələrdi". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, bu kontekstdə Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının işğaldan azad edilməsi yolunda hələ illər əvvəl Prezident İlham Əliyevin ortaya qoyduğu strateji düşüncə onun nə dərəcədə görkəmli dövlət adamı olduğunu bir daha sübut edir: "Ermənistan ordusunun 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Oktyabrın 18-i Qarabağda parlaq qələbəyə imza atan müzəffər ordumuz bu tarixi abidəni və strateji hidroqovşaqları əsl sahibinə, Azərbaycana qaytardı.
Bir müddət əvvəl, dəqiq desək, bu ilin may ayında bəzi KİV və müxalifət dairələri sazişin reallaşması nəticəsində inşa edilən körpülərin işğalçı rejimin İranla etibarlı və rahat kommunikasiya imkanlarının yaranmasına xidmət edəcəyini bildirərək, ikitərəfli anlaşmanı qınayırdılar. Bu kommunikasiyaların açılmasının işğal olunmuş ərazilərdə separatçıların güclənməsinə və qanunsuz rejimin İranla siyasi əlaqələrinin dərinləşməsinə xidmət edəcəyi bildirilirdi. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər, onda bunu az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir, hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər.
Lakin “Xudafərin” və “Qız qalası”nın azad edilməsi Azərbaycan dövlətinin, hələ 4 il əvvəl necə böyük strateji qələbə qazandığını göstərmiş oldu.
Məsələnin mahiyyətinə varmayan, saziş haqqında dayaz məlumata malik olanlar hələ o zaman ikitərəfli müqavilənin hüquqi aspektlərinə diqqət etməli idilər. Elə sazişin bəndlərinə diqqət yetirsək, 2016-cı ilin fevralında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə, o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Artıq bu gün aydın olmaqdadır ki, Prezident İlham Əliyev İran və Azərbaycan arasında hələ 2016-cı ildə bu sazişə nail olmaqla hansı perspektivlər haqqında düşünürdü. Bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi nəticəsində Azərbaycan tərəfi “Xudafərin” və “Qız qalası” kimi mühüm strateji hidroqovşaqların istifadəyə verilməsinə yaxın vaxtlarda nail olacaq. İranla hələ 2016-cı ildə imzalanan saziş bir çoxunun işğal altındakı torpaqlarımızın azad olunacaqlarını təsəvvür etmədiyi bir dövrə təsadüf etmişdi, bunu unutmayaq.
Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdı. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə addımlar atılmışdı.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi.
Bu hadisə Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi.
Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə imzalanan müqavilənin tarixi əhəmiyyətini də göstərdi.
Hazırda, Xudafərin” hidroqovşağının tikintisi demək olar ki, tamamlanıb, “Qız qalası” hidroqovşağının bəndində isə, işlər yekunlaşmaq üzrədir.
1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi.
Beləliklə, Prezident İlham Əliyev bir daha nə dərəcədə dərin strateji düşüncəyə malik olduğunu göstərmiş oldu. Nadir şahdan sonra ilk dəfə Azərbaycanın qələbələr qazanması, 1828-ci ildən indiyə qədər regionda mövcud olan geosiyasi düzənin dağıdılması və yeni geosiyasi xəritənin Prezidentimizin başçılığı altında qurulmasının şahidiyik. Prezident İlham Əliyev Ermənistanın işğalını aradan qaldırmaqla, dünyanın və regionun güc mərkəzlərinin Azərbaycanla hesablaşmasını təmin etməklə yeni tarix yazmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



