Ermənistanın aviabazasında 13 MiQ-29 və hərbi helikopterlər qeydə alınıb Avia.Pro

Rusiyaya məxsus ən azı 13 MiQ-29 qırıcı təyyarəsi Ermənistanın aviabazasında qeydə alınıb. SİA xəbər verir ki, bu barədə məlumat yayan Avia.Pro-ya görə, Rusiyanın Hərbi Kosmik Güclərinin (HKG) ermənilərin hərbi məqsədli Erebuni aviabazasına göndərdiyi qırıcılar peyk vasitəsi ilə müəyyən olunub.

“Söhbət məhz rus hərbi təyyarələrindən gedir ki, MiQ-29-lar Ermənistanın Hərbi Hava Qüvvələrində rəsmən yoxdur”, deyə məlumatda bildirilir.

Peykdən çəkilən fotolardan aydın olur ki, qırıcılar açıq hava altındadırlar. Onların hansı məqsədlə aviabazaya yerləşdirilməsi də məlum deyil. Lakin təyyarələrlə yanaşı, daha 13 helikopter də adıçəkilən aerodromda qeydə alınıb. Onların da Rusiya HKG-lərinə aid olduğu ehtimal edilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə