"Ermənistan qoşunları qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır" Enrike Qaspar

Ermənistan silahlı qüvvələrinin Azərbaycanda dinc əhalini məqsədli şəkildə hədəf alması beynəlxalq hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində “Nexos” Alyansı Asssosiasiyasının sədri Enrike Qaspar söyləyib.

E.Qaspar vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçı Ermənistan qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə