"Biz sona qədər mübarizəmizi aparacayıq" ÖZƏL-MÜNASİBƏT

"Bu gün əgər döyüş meydanında hərbi mübarizə davam edirsə, informasiya məkanında da təbii ki, informasiya mübarizəsi gedir. Biz çalışmalıyıq ki, sosial şəbəkələrdə aktiv olaq. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmalıyıq". Bunu SİA-ya millət vəkili Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, son günün informasiya mübarizəsində Azərbaycan indiyədək olmayan səviyyədə aktivlik nümayiş etdirib: "Bugünün özü üçün “tvitter” sosial şəbəkə istifadəçiləri üçün ən yararlı mübarizə vasitəsidir. Ali Baş Komandan Prezident İlham Əliyev dəfələrlə çıxış edir və dünyanın ən aparıcı media qurumlarına müsahibələr verir. Bunun təkcə dövlət başçısı etməməlidir. Bunu bizim xüsusilə xaricdə yaşayan soydaşlarımız etməlidir. Bu gün bizim nə qədər savadlı gənclərimiz, vətənpərvər ruhda olan insanlarımız, soydaşlarımız var. Onların hər biri aktiv olmalıdır. Biz mütləq şəkildə bundan yararlanmalıyıq.

Bu gün Ermənistanın daxilindəki sosial-iqtisadi və siyasi böhran ancaq bizim xeyrimizə olan bir haldır. Ermənistandan bu gün üçün gözləntimiz odur ki, onlar tez bir zamanda bizim torpaqlarımızı azad etsinlər. Bizim Ali Baş Komandanımız həmişə olduğu kimi yenə də hümanistliyini ortaya qoydu və müharibəni hər an dayandıra biləcəyini söylədi. Amma bütün bunlar şərtlər daxilində ola bilər. Ermənistan hökuməti, rəhbərliyi, istər diaspor qüvvələri, istərsə də ona dəstək olan digər dövlətlər qan tökülməsinin tez bir zamanda dayandırlmasını istəyirlərsə, o zaman onlar diplomatik yolla danışıqlara gəlməlidirlər, bizim şərtlərimizi qəbul etməlidirlər. Nə qədər ki, bu proses uzanacaq, o qədər də Ermənistan itki verəcək. Cənab Prezident öz çıxışlarının birində də vurğuladı ki, biz Ermənistandan qənimət kimi xeyli sayda silah-sursat əldə etmişik. Həmin qənimət hələki 2 milyard dollar məbləğində olan texnikadan ibarətdir. Əlbəttə ki, biz sona qədər mübarizəmizi aparacayıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə