Körpəyə toxunan qorxaqdır Səlcuq Bayraqdar

“Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə...” SİA xəbər verir ki, bu fikirləri Ermənistanın ölkəmizdə mülki vətəndaşlara qarşı hücumuna münasibət bildirən “Bayraqdar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar Tvitterdə qeyd edib.

“Müdafiəsiz məsum dinc sakinlərə, uşaqlara, əl boyda körpəyə toxunan zalımdır, qorxaqdır, vəhşidir...” deyə Səlcuq Bayraqdar bildirib.
Qeyd edək ki, Səlcuq Bayraqdar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...