Ermənilərin təxribatçı əməlləri regionda sabitliyin pozulmasına hesablanıb - ŞƏRH ÖZƏL
"Ermənistan ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutması bu ölkənin artıq çabaladığını göstərir. Azərbaycan ordusuna uduzan və xeyli sayda hərbi texnika, canlı qüvvə itirdiyini görən erməni tərəfi çarəsiz vəziyyətdədir. Ordu və siyasi-hərbi rəhbərlik o qədər çıxılmaz vəziyyətdədir ki, hər hansı bir nöqtəni atəşə tutmaq onlar üçün uğur hesab olunur". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloqun fikrincə, burada daha başqa bir nüans: "Böyük ehtimalla erməni tərəfi sadəcə olaraq aranı qarışdırmaq istəyir. Onlar bu əməlləri törətməklə elə bir qarışıqlıq yaratmaq istəyirlər ki, bu məsələyə Türkiyə, Rusiya və digər aparıcı dövlətlər qarışaraq sözlərini deyib, mövqelərini bildirsinlər, hətta müharibənin dayandırlıması üçün Azərbaycana təzyiq etsinlər. Hazırda bu müharibənin dayandırılması onları çox qane edərdi, amma bir şərtlə ki, bu onların təşəbbüsü ilə olmasın. Bu sadəcə olaraq digər dövlətlərin təzyiqi ilə onların məcburiyyət qarşısında qalması fonunda baş versin".
F.Sadıqov vurğulayıb ki, burada söhbət sadəcə olaraq Rusiyanın münaqişəyə cəlb edilməsindən gedir: "Qazaxıstan, Belarusiya Azərbaycana qarşı vuruşmayacaqlar. Vaxtilə bu barədə bəyanatlar da veriblər. Amma Rusiyanı cəlb etmək əlbəttə ki, Ermənistanın maraqlarına cavab verə bilərdi. Regionda Rusiya-Türkiyə qarşıdurmasının baş verməsi, vəziyyətin başqa dövlətlər fonunda daha da gərginləşməsi erməni tərəfinin istəyidir. Düşünürlər ki, belə halın baş verməsi ermənilər xilas edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB