Koronavirusa yoluxma fəlakət həddindədir Ermənistanda

Koronavirusa yoluxma fəlakət həddindədir Ermənistanda

Ermənistanda koronavirusa yoluxanların sayı gün ərzində 1465 nəfər artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu ölkədə artıq yoluxanların sayı 61.460 nəfərə çatıb.
Məlumata görə, Ermənistanda gün ərzində koronavirusa yoluxan 13 xəstə ölüb. Beləlklə də bu ölkədə ölənlərin ümumi sayı 1370 nəfərə çatıb.
Xatırladaq ki, əhali sayına görə belə bir statistik göstərici görünməyəndir və fəlakət həddindən xəbər verir. Üstəlik, onu da qeyd edək ki, müharibə şəraitində və hədsiz itgilərə məruz qalan işğalçı ölkə üçün bu hal, yəni virusa yoluxma bu dərəcədə sürətli yoluxma halı daha böyük fəlakətlər vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə