"Xalqımız haqlı olaraq İlham Əliyevi Qurucu Prezident adlandırır" ÖZƏL-MÜNASİBƏT

"Xalqımız haqlı olaraq İlham Əliyevi Qurucu Prezident adlandırır" ÖZƏL-MÜNASİBƏT

"Cənab Prezidentimiz İlham Əliyevin hakimiyyəti illərində ölkəmizin müxtəlif sahələrdə inkişafı barədə çoxlu əsərlər yazılıb və bundan sonra cild-cild əsərlər yazılacaq". Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, 2003-cü ildən sonrakı illər Azərbaycanın müasirləşməsi, modernləşməsi, güclü dövlətin qurulması illəridir: "Millətimiz haqlı olaraq prezidentimizi Qurucu Prezident adlandırır. Bu gün Azərbaycan söz sahibi olan dövlətdir. Biz son 100 illik tariximizdə ilk dəfə olaraq işğal edilmiş torpaqlarımızı azad edirik, tariximizin şərəfli günlərini yaşayışırq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə