Daqlıq Qarabağda yaradılmış qondarma, separatçı qurumun rəhbəri Arayik Arutyunyan sözügedən qondarma respublikadan bu günlərdə kənarda olan hərbi mükəlləfiyyətlilərə, eləcə də əli silah tuta bilən hər kəsə xüsusi bir müraciət edib. SİA aysor.am-a istinadən xəbər verir ki, qondarma qurumun pəhbəri öz müraciətində bu gün müdafiə üçün həmişəkindən daha çox ehtiyac duyulduğunu diqqətə çatdırıb.
O, qondarma respublikanı tərk edənlərə məxsusi olaraq müraciət edib və belə vəziyyətdə onların evlərini, məzarlarını qoyub qaçmağa guya mənəvi haqlarının olmadığına onları inandırmağa çalışıb. Qeyd edib ki, əgər hansısa erməni Dağlıq Qarabağdan kənarda təhlükəsiz yaşamaq və yaratmaq üçün özü, eləcə də ailələri üçün layiqli bir həyat tapa biləcəyini düşünürsə, çox səhv edir. Arutyunyan öz müraciətində təəssüf hissi ilə xatırladıb ki, azad və müstəqil bir dövlətə sahib olmaq üçün misilsiz bir tarixi fürsətləri olub, bunun üçün artıq bir dəfə hesab da verilib və bu döyüş də uduzulması qəbul edilməyən və fərariliyin xəyanətlə eyni mahiyyət kəsb etdiyi son döyüşdür.
“Çox gec olmadan geri qayıdın” deyə müraciət edən qondarma qurum rəhbəri, “əməlinizi tarix qiymətləndiriləcək, lənət yolunu seçməyin”, sözləri ilə fikirlərini bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB