Azərbaycan gəncliyi sosial şəbəkələrdə arxa cəbhə rolunu oynayır - AÇIQLAMA
"Düşmənə layiqliı cavab verən rəşadətli Ordumuz xalqımızın fəxri və qürur mənbəyidir! Son günlərdə cəphədən gələn şad xəbərlər hər birimizi sevindirir. Əfsuslar olsun ki, xain ermənilər bizim rəşadətli ordumuza gücü çatmayacağını anlayaraq, mülki əhalini raketlərlə vurmağa başlayıb. Düzdür onların əksəriyyəti bizim rəşadətli ordumuz tərəfindən havada məhv edilir, amma təssüf hissi ilə qeyd eləmək istərdim onların bəziləri HHM sistemlərimizdən yayınmağı bacararaq əhalimizin sıx yaşadığı eyni zamanda iqtisadi-strateji rayonlarımıza zərər verməyi bacarıblar. Mülki əhalidən ölənlər və yaralılanlar vardır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Rza Abbasov deyib.
Onun sözlərinə görə, 27 sentyabrdan başlayan əks-hücumdan əvvəldə bir neçə xarici dillərdə biz Azərbaycan gəncləri sosial şəbəkələr vasitəsi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdıq, lakin son 17 gündə bu proses dahada böyüdü: "Artıq dünyaya nəinki Azərbaycanlı on minlərlə gənc, eyni zamanda qardaş Türkiyənin gəncləri və indiyə qədər Azərbaycan həqiqətlərini çatdırdığımız xarici ölkələrin vətəndaşları da erməni vandalizmini sosial şəbəkələrdə bölüşürlər. Hal hazırda dünya mediası erməni vandallarını əhalimizin sıx yaşadığı şəhərləri alçaq raket zərbələrini şiddətlə qınayır. Artıq dəfələrlə sosial şəbəkələrdə rast gəlmişəm ki, hətta ermənilərin özləri də hakimiyyətlərinin bu alçaq hərəkətini qınayırlar. Artıq bir neçə gündür ki, Twitter sosial şəbəkəsində #Ganja #PrayForGanja #StopArmenianAggression #DontBelieveArmenia kimi haştaqlarla dünyanın bir çox ölgələrinin trendindəyik və bunların hər biri biz Azərbaycan gənclərinin və Dövlətimizin apardığı gənclər siyasətinin əməyidir. Sosial şəbəkələrdə dünyaya həqiqətlərimizi çatdıran gənclər arxa cəbhə əsgərləridir və hamımız səbirsizliklə ön cəbhəyə, qadaşlarımızın yanına döyüşməyə çağırılmağımızı səbirizliklə gözləyirik".
R.Abbasov bildirib ki, Ulu Öndərin gənclərlə bağlı dedikləri ilə fikrimi bitirmək istərdim: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifə gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın 21 əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq".
Biz gənclər Ulu Öndərin və onun davamçısı olan cənab prezident İlham Əliyevin bizə olan ehtimadını daim doğrultmağa çalışırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB