Paşinyan da boynunu bükdü: "Cəbhə xəttində çox ağır vəziyyət yaranıb"
“Döyüşlərin 18 günü ərzində erməni ordusunun hərbi birləşmələri münaqişə ərazisində şimal və cənub məntəqələrində geriyə çəkiliblər”. SİA xəbər verir Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciətindəki bu fikrini Sputnik Armeniya saytı yazıb.
“Hər kəs indi anlamalıdır ki, cəbhə xəttində çox ağır vəziyyət yaranıb”, erməni baş naziri məğlubiyyət vəziyyətinə düşdüklərini etiraf edib.
Paşinyan həmçinin qeyd edib ki, Qarabağın quldur rejiminə bağlı olan separatçılar böyük itkilər sayəsində vəziyyətə nəzarət etməyə çalışırlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB