Erməni əsilli tarixçi Philip Ekozyants ermənilərin Qarabağdakı münaqişə ilə bağlı ölkə ictimaiyyətinə və bütün dünyaya verdikləri açıqlamaların heç bir əsası olmadığını və yalan olduğunu söyləyib. O bununla bağlı yotube kanalında yaydığı videonun məşhur futbolçu Henrix Mxitarayanın sözlərinə cavab olaraq çəkildiyini bildirib.
Tarixçi idmançının Twitter-dəki yazısının Avropa ictimaiyyətinə yönəldiyini düşünür: "Mxitaryan müəyyən bir "oyun"dan bəhs edir. Əgər ermənilər bir yerdə kilsə tikdirirdilərsə, deməli bu torpağın onlara məxsus olduğunu düşünür. Başqa xalqlar orada yaşayırsa, deməli gəldikləri yerə qayıtmalıdırlar".
Tədqiqatçı bu cür inancların yalan olduğunu qeyd edib və eyni zamanda mövcud vəziyyətdə bədnam “xristian dəyərlərindən” söhbət getmədiyini vurğulayıb: "Ermənilər yeni ərazilər uğrunda apardıqları müharibədə müdafiə oluna bilməyəcəklərindən əmindirlər. Azərbaycan hərbçilərinin uşaq bağçalarına hücum etdiyinə dair açıqlamalar da yalandır. Dünya ictimaiyyəti Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığını başa düşür. Ona görə də hər kəsi Mxitaryanın səsləndirdiyi bu cür cəfəngiyatı təkrarlamamağa çağırıram. Özünüzə və bütün dünyaya yalan danışmayın".
https://glavnoe.net/politika/filipp-ekozyants-ne-vrite-sebe-i-vsemu-miru-o-konflikte-v-karabahe/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB