Yaxud fərsiz siyasətçinin girovuna çevrilmiş erməni xalqı…
Bu günlərdə sosial şəbəkədə Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” hərəkatının “lideri” olaraq kütlə tərəfindən vəhşicəsinə döyülməyini əks etdirən videogörüntüləri görəndə bir daha hər bir kəsdə belə bir fikir yaranır ki, bu erməni xalqı nə qədər bədbəxt xalqdır ki, Paşinyan kimi xəstə məxluq gəlib onlara «liderlik» edir. Həmin görüntülərdən belə aydın olur ki, Ermənistanda çevriliş edərək, 26 gün içində hakimiyyətə gələn müxalifət “ideri” Nikol Paşinyanın nə xalq arasında, nə də diplomatlar yanında heç bir nüfuzu yoxdur. Təbii ki, belə də olmalıdır. Əgər bir “liderin” hakimiyyətə gələn yolu döyülməkdən, qanının axıdılmasından keçirsə, hansı nüfuzdan söhbət gedə bilər?
Onu da qeyd edim ki, Paşinyanın döyülmək videosu qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayıldı və buna münasibətlər də bildirildi. Görüntüləri izləyən əksər insanlarda haqlı olaraq belə bir sual yarandı: Öz xalqı tərəfindən təzyiqə məruz qalan, xalqı tərəfindən qanı axıdılan bu küçə «demokratı»nın xalqın təhlükəsizliyinə zəmanət verə bilərmi?
Bu gün bu küçə lideri ermənilərin övladlarını təzyiqlə cəbhə bölgəsinə göndərsə də öz övladı mənsub olduğu vətəninə xidmət etməkdən imtini edirsə, belə satqınlar «sadiq» ola bilərmi? Bu təəcüb də doğurmur», necə deyərlər, «ot kökü üstdə bitər» deyib atalar. Belə oan halda xalqına hörmət etməyən «lider» özünə hörmət edə bilərmi? Hakimiyyətə gəldiyi gündən boş başı ilə, savadsız, düşüncəsiz fikirlərəri, sərsəm bəyanatları ilə erməni xalqını hansı duruma gətirib çıxırıb?
Fərsiz siyasətçinin girovuna çevrilmiş erməni xalqı…
Gözəl bir deyim var: “Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”. Bu həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan 2 ildən çox müddətdə küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış edərək elə zənn edir ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yenə də həqiqət üzə çıxır. Sərsəm, siyasi savaddan uzaq olan Paşinyan əvvəlki sələfləri kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. İndi danışıqlar prosesi yoxdur və bunu Ermənistan tərəfi bunu arzu etmir. Belə ki, oktyabrın 9-da Rusiyanın xarici işlər nazirliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 11 saatlıq görüşünün nəticəsində humanitar atəşkəs elan edildi, amma qısa zaman sonra erməni tərəfi Azərbaycanın mülki insanlarını hədəfə aldı. Bununla da Paşinyan özünə olan inamsızlığı bir qədər də inkişaf etdirdi. Bu halda həmin ölkə ilə hansı danışıqlar ola və buna inanmaq olar?. Danışıqlar olması üçün Ermənistan işğalçı ordusunu Azərbaycan ərazilərindən çıxarmalı idi. Ancaq nə etdi? Ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Xüsusilə də Ermənistanın humanitar atəşkəsin elan olunmasının 14-cü saatında Azərbaycanın ikinici böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində uşaqlar, qadınlar, qocalar daxil olmaqla 10 nəfər həlak olub, 40-a yaxın insan yaralanıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti beynəlxalq cinayəti bu ölkənin danışıqlara hazır olmadığını göstəricisidir.
Həmçinin, cəbhə bölgəsindən kənarda yerləşən şəhər rayonlarımızın məhz Ermənistan ərazisindən atəşə tutulması məqsədyönlu şəkildə həyata kecirilir. Ermənistan gecə saatlarında dinc sakinlərə qarsşı terror aktları törətməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güdür. Güclü ordumuz, güclü dövlətimiz qarşısında duruş gətirə bilməyən Ermənistanın siyasi rəhbərliyi törədilən təxribatlarla xalqımızı haqq yolundan döndərə biləcəyini güman edirsə, yanılır.
Prezident İlham Əliyev: “Status-kvo yoxdur, təmas xətti yoxdur”
“"Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim "status-kvo"nu. Bax orda, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur, təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq!”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da xalqa müraciətəi zamanı deyib: “Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər? İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq - tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları, axıradək. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB