Düşmən tərəfində panik vəziyyət
Axır günlərini yaşaması heç bir şübhə doğurmayan qondarma “dqr”in saxta “prezidenti” Araik Arutunyan sentyabrın 27-dən etibarən, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün başlatdığı əks-hücum əməliyyatlarının ilk günündən özünün “qəhrəmanlıq” obrazını canlandırmaqdan ötrü ön cəbhədə erməni əsgərləri ilə fotolar çəkdirib, sosial şəbəkələrdə yayırdı. Lakin erməni qoşunlarının Qarabağda aldıqları ardıcıl, ağır və sarsıdıcı məğlubiyyətlərindən sonra cəbhənin düşmən tərəfində panik vəziyyət yarandı. Daha dəqiq desək, cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyimiz hərbi uğurlarımız nəticəsində düşmənin hərbi texnikaları ilə yanaşı, canlı qüvvəsi də məhvə uğradı və hazırda uğramaqda dava edir. Hərbi əməliyyatların başlamasından cəmi iki həftə keçməsinə baxmayaraq, indi “dqr”də hesaba alınan düşmən leşləri arasında daha çox könüllülərin, yəni yaşlı nəslin nümayəndələri görünür.
Separatçıların terrorçu lideri: “Əziz həmvətənlər, vəziyyət ölümcüldür”
Bu isə sübut edir ki, Ermənistan çağırışçıları artıq cəbhəyə getməkdən boyun qaçırırlar. Əbəs deyil ki, artıq İrəvan və s. kimi şəhərlərdə çağırışçı ovuna başlanılıb. Hətta hərbi xidmətə yaşı çatmayanlar, yararlı olmayanlar belə küçələrdəcə tutularaq zorla maşınlara mindirilir, heç bir hərbi hazırlıq görmədən Qarabağa göndərilirlər. Orada isə əlbəttə ki, güclü Ordumuz qarşısında heç bir mənada tab gətirə bilmirlər və...
İndi Araik Arutunyanın sosial şəbəkələrdə tamamilə fərqli şəkilləri ictimailəşdirilir. Birinci Qarabağ müharibəsində azərbaycanlıların qanını tökən, soyqırımı törədən könüllülərin cəbhəyə getmələri üçün yalvarır. Bu, sübut edir ki, ümumilikdə Ermənistanda vəziyyəti daha da böhranlaşıb. Texniki təchizatla yanaşı, canlı qüvvə də tükənir. Düzdür, hazırda humanitar yardımlar adı altında düşmən ölkəyə qeyri-qanuni şəkildə silah-sursatlar göndərilir, amma bu da davamlı ola bilməz. “Əziz həmvətənlər, vəziyyət ölümcüldür... Birinci Qarabağ müharibəsinin iştirakçıları mübarizədə iştirak edirlər”,- deyə separatçı rejimin rəhbəri bu vasitə ilə ağır durumda olduqlarını etiraf edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB