“Ermənistanın siyasi rəhbərliyi beynəlxalq hərbi tribunalda mühakimə edilməlidir” ÖZƏL-MÜNASİBƏT
Bu gün Azərbaycan Respublikasinin Prezidenti, Ali Baş Komandan Cənab Ilham Əliyevin rəhbərliyi ilə milli ordumuzun, döyüş meydanında əsgər və zabitlərimiz canı-qanı bahasına göstərdikərli qəhrəmanlıq, xalqıımza, millətimizə qarşı törədilən soyqırımlara, məcburi deportasiyalara, işğallara son vermək üçün 30 ilin deyil, 200 illik ədalətin bərapsı uğrunda yeni dövrün başlanğıcıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədrinin sözlərinə görə, 11 oktyabrda Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarına raket zərbələri endirməklə sivil insanlara, uşaqlara, qadınlara, yaşlılara qarşı terror aktına beynəlxalq hüquqi qiymət verilməlidir.
"Ermənistan bu addımları 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. BMT, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar öz münasibətlərini bildirməli, bu cinayəti törədən Ermənistanın siyasi rəhbəryiliyi beynəlxalq hərbi tribunalda mühakimə edilməlidir. Belə bir addımın atılması zərurətdir, əks halda Ermənistan yüzillikdən bəri faşist, terrorçu aksiyalarını gizli və ya açıq formada davam etdirilməsinıə rəvac veriləcəkdir.
Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünü ortaya qoymaqla yanaşı, regional təhlükəsizliyə birbaşa ciddi təhdid yaradır", deyə Nüşabə Məmmədova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB