“Konstitusiyanın 111-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkə ərazisində hərbi vəziyyət elan edib və Milli Məclisdə bunu qəbul edib. Bununla bağlı komendant saatı və müəyyən məhdudiyyətlər tətbiq olunub. Tətbiq olunan məhdudiyyətlərə riayət etmək lazımdır. Hərbi vəziyyətin tələbindən irəli gələrək, müəyyən olunan məhdudiyyətlərin ən mühümü və ən vacibi arxa cəbhədə informasiya təhlükəsizliyinin təmin olunmasıdır”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə müəyyən məhdudiyyətlər tətbiq olunub və bu məhdudiyyətlərə ciddi riayət etmək lazımdır: “Dağlıq Qarabağda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlara başlayandan cəmiyyətimizdə möhkəm əsaslara malik birlik yaranıb. Hansı ki, Azərbaycan öz tarixində çox nadir hallarda bu qədər yekdil olub, indi Qarabağ nəinki 10 milyonluq Azərbaycan cəmiyyətidir, demək olar ki, dünyadakı bütün azərbaycanlıları birləşdirən başlıca meyyardır. Bu gün bütün dünya azərbaycanlıları ölkə Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzirdir. Yəni hər kəs istəyir ki, gücü çatan şəkildə orduya köməklik etsin. Bu birliyin hesabına qısa müddətdə Dağlıq Qarabağı işğaldan azad edib, torpaq bütövlüyümüzü təmin edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB