Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! NİDA! BAŞQA YOL YOXDUR!!!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! NİDA! BAŞQA YOL YOXDUR!!!

Prezident İlham Əliyev: “Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Və dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur: “30 ildir ki, Azərbaycan Ermənistan təcavüzündən əziyyət çəkir. Biz bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatlarını məlumatlandırmışıq. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb”.

Dövlət başçısı bildirib ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı, bunun bir sonu olmalı idi və cinayətkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza əmr verdi. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək artıq 15 gündür ki, Azərbaycanımızın şanlı tarixini yazır. Bu o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: "Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Çünki yalançı, faşist, qorxaq, rəzil Paşinyanın bu iki ildən yuxarı hakimiyyətdə olduğu müddətdə Ermənistanı və erməni xalqını məhvə aparır. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, “nə qədər gec deyilsə, düz yola gəl” və məsələnin sülh yolu ilə həllində verilən axırıncı şansdan istifadə et. Prezident İlham Əliyev oktyabrın 9-da Azərbaycan xalqına müraciətdə də bildirdi ki, Ermənistana axırıncı şans veririk, axırıncı şans: "Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq!".

Budur, dünya səviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Ermənistanın küçə "demokratı" isə boş başı ilə sərsəm bəyanatlar verməklə nə qədər savadsız və rəzil olduğunu nümayiş etdirir.

Azərbaycan Prezidenti müraciətində də bildirdi ki, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar: "Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin "qəhrəmanlığın"?! Deyirdin "Qarabağ Ermənistandır". Qarabağ Azərbaycandır! Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı!"-, deyən dövlət başçımız bildirib ki, biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq: "Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!".

Bir sözlə, Paşinyan bu gün bir daha anlamalıdır ki, əgər anlamağı bacarırsa, nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış edirsə etsin, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, VƏSSALAM, NİDA! BAŞQA YOL YOXDUR!!!

Bəli, başqa yol yoxdur. Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq. Və vasitəçilər işğalçı Ermənistanın vandalizminə lazımi qiymət verməlidir! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Twitter hesabında dediyi kimi: “Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə