Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanını qəbul edib

Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev mayın 13-də ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Maknabı qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə