“Raket hücumu Vardenis rayonundan həyata keçirilib” Prezident

“Raket hücumu Vardenis rayonundan həyata keçirilib” Prezident

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.

Dövlət başçısı vurğulayıb ki, raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Bundan əlavə, Prezident qeyd edib ki, indiyədək ümumilikdə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çox insan yaralanıb: “Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə